
Abbas Hüseynov “Qarabağ”dan ayrılır – Yeni klubunun adı məlumdur
“Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov yayda klubunu dəyişəcək.
Komanda.az-ın əldə etdiyi məlumata görə, sağ cinah müdafiəçisi “Zirə”yə keçəcək. Hüseynov qəsəbə təmsilçisinə icarə əsasında qoşulacaq.
31 yaşlı futbolçu “Qarabağ”da əsas heyət üzvlərindən sayılmır. O, əsasən ehtiyatda qalır, bəzi hallarda isə sonradan meydana çıxır.
Gözlənilir ki, yeni mövsüm üçün heyətində ciddi dəyişikliklər etməyi planlaşdıran “Qarabağ”da komandasını dəyişən təkcə Hüseynov olmayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



