Abasovun 40-cı qələbəsi

Azərbaycan Premyer Liqasının 21-ci turunun “Keşlə” ilə qarşılaşması “Zirə”nin baş məşqçisi Samir Abasov üçün əlamətdar olub.

Komanda.az “Zirə”nin “facebook” səhifəsinə istinadən xəbər verir ki, 2:0 hesabı ilə qalib gələn “qartallar” mütəxəssisə 40-cı qələbə sevinci bəxş ediblər. Baş məşqçi kimi klub karyerasında 117 oyunda iştirak edən Abasov əvvəlki görüşlərdə 39 qələbə qazanmışdı.

Abasovun yubiley qələbəsi iki komandadakı fəaliyyət sayəsində gerçəkləşib. Mütəxəssisin rəhbərliyi altında “Sumqayıt” 33, “Zirə” isə 7 dəfə qalib gəlib. Abasovun baş məşqçi kimi qazandığı 40 qələbədən 34-ü Premyer Liqa, 6-sı Azərbaycan kubokuna təsadüf edib.

Cari mövsümün gedişində “Zirə”nin baş məşqçisi təyin olunan Abasov komandanı 21 görüşə çıxarıb. Bu oyunlarda “qartallar” 7 qələbə qazanıb ki, bunun beşi çempionat, ikisi kuboka təsadüf edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button