“Milan” doğma meydanda xal itirdi

Futbol üzrə İtaliya A Seriyasında 31-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. “Spetsiya” doğma meydanda “Venetsiya”ya, “Latsio” isə “Sassuolo”ya qalib gəlib. “Torino” da səfərdə “Salernitana”nı minimal hesabla üstələyib.

“Atalanta”nın qonağı olan “Napoli” A Seriyasında bu komanda ilə son iki görüşdə məğlub olmuşdu. Bu dəfə isə Neapol təmsilçisi qələbəyə sevinən tərəf olub.

Turun mərkəzi qarşılaşmasında “Yuventus”la “İnter” münasibətlərinə aydınlıq gətiriblər. Turin təmsilçisi A Seriyasında ardıcıl 4 oyundur qalib gəlirdi. “Neradzurra” isə son 4 matçda yalnız 1 dəfə meydanı 3 xalla tərk etmişdi. Amma bu görüş Milan təmsilçisinin minimal hesablı qələbəsiylə yekunlaşıb.

Çempionatın lideri “Milan” isə evdə “Bolonya” ilə üz-üzə gəlib. Bu komandaların ilk dövrədəki qarşılaşması olduqca dramatik alınmışdı. Milan klubu 9 nəfərlə qalan rəqibini çətinliklə 4:2 hesabı ilə məğlub etmişdi. Bu oyunda isə heç-heçə qeydə alınıb.

İtaliya A Seriyası, 31-ci tur

2 aprel

Spetsiya – Venetsiya 1:0
Qol
: Qyasi, 90+4.

Latsio – Sassuolo 2:1
Qol
: Lazzari, 17. Saviç, 51 – Traore, 90+4.

Salernitana – Torino 0:1
Qol
: Belotti, 18-pen.

3 aprel

Fiorentina – Empoli 1:0
Qol
: N.Qonzales, 58.

Udineze – Kalyari 5:1
Qol
: Bekao, 38. Beto, 45; 49; 73. Molina, 59 – J.Pedro, 32.

Atalanta – Napoli 1:3
Qol
: De Ron, 58 – İnsinye, 14. Politano, 37. Elmas, 81.

Sampdoriya – Roma 0:1
Qol
: Mxitaryan, 27.

Yuventus – İnter 0:1
Qol
: H.Çalhanoğlu, 45+4-pen.

4 aprel

Verona – Cenoa 1:0
Qol:
Simeone, 5.

Milan – Bolonya 0:0

Bombardir: Çiro İmmobile (Latsio), Duşan Vlahoviç (Yuventus) – 21 qol.