Avropa Liqasında püşk atıldı: “Arsenal” “Molde”ylə bir qrupda

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirə Bakı vaxtı ilə saat 15:00-da start verilib

Avroliqada mübarizə aparan 48 komanda püşklə 12 qrupa bölünüb. Püşkatmada Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ”ın da rəqibləri bəlli olub. Ağdam təmsilçici İ qrupunda “Vilyarreal”, “Makkabi” və “Sivasspor”la mübarizə aparacaq.

Qrup mərhələsində 1-ci tur 22 oktyabr, 2-ci tur 29 oktyabr, 3-cü tur 5 noyabr, 4-cü tur 26 noyabr, 5-ci tur 3 dekabr, 6-cı tur 10 dekabrda keçiriləcək.

Avropa Liqası, qrup mərhələsi

A qrupu
“Roma” (İtaliya)
“Yanq Boyz” (İsveçrə)
ÇFR (Rumıniya)
MOİK (Bolqarıstan)

B qrupu
“Arsenal” (İngiltərə)
“Rapid” (Avstriya)
“Molde” (Norveç)
“Dandolk” (İrlandiya)

C qrupu
“Bayer” (Almaniya)
“Slaviya” (Çexiya)
“Hapoel” (Beer-Şeva, İsrail)
“Nitsa” (Fransa)

D qrupu
“Benfika” (Portuqaliya)
“Standard” (Belçika)
“Reyncers” (Şotlandiya)
“Lex” (Polşa)

E qrupu
PSV (Niderland)
PAOK (Yunanıstan)
“Qranada” (İspaniya)
“Omoniya” (Kipr)

F qrupu
“Napoli” (İtaliya)
“Real Sosyedad” (İspaniya)
“Alkmaar” (Niderland)
“Riyeka” (Xorvatiya)

G qrupu
“Braqa” (Portuqaliya)
“Lester” (İngiltərə)
AEK (Yunanıstan)
“Zarya” (Ukrayna)

H qrupu
“Seltik” (Şotlandiya)
“Sparta” (Çexiya)
“Milan” (İtaliya)
“Lill” (Fransa)

İ qrupu
“Vilyarreal” (İspaniya)
“Qarabağ” (Azərbaycan)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Sivasspor” (Türkiyə)

J qrupu
“Tottenhem” (İngiltərə)
“Ludoqorets” (Bolqarıstan)
LASK (Avstriya)
“Antverpen” (Belçika)

K qrupu
MOİK (Rusiya)
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Feyenoord” (Niderland)
“Volfsberger” (Avstriya)

L qrupu
“Gent” (Belçika)
“Srvena Zvezda” (Serbiya)
“Hoffenhaym” (Almaniya)
“Slovan” (Çexiya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button