“Mançester Yunayted”i gözləyən təhlükə – 150 milyonluq zərər

İngiltərə Premyer Liqasında 2020/21 mövsümünün bütün oyunları azarkeşsiz keçirilsə, ən çox zərər görəcək klub “Mançester Yunayted”dir.

Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri araşdırma edib. Araşdırmalara əsasən, “Mançester Yunayted” Premyer Liqada mövsüm azarkeşsiz keçirilsə, 150 milyon avro itirəcək.

“Qırmızı şeytanlar”dan sonra ən çox itki “Arsenal” klubu yaşayacaq. “Topçular” oyunlarını boş tribunalar qarşısında oynasa, 133 milyon avro itirəcək.

Daha əvvəl oktyabrın 1-də azarkeşlərin stadionlara qayıtması gözlənilirdi. Lakin İngiltərənin baş naziri Boris Conson koronavirusun yayılmasının ikinci dalğası səbəbiylə azarkeşlərin tribunalara qayıdışının ertələndiyini bildirib.  

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button