“Qalatasaray” Bakıya 23 futbolçu ilə gəlir

Futbol üzrə Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Qalatasaray” bu oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Komanda.az xəbər verir ki, Türkiyə nəhənginin baş məşqisi Fatih Terim siyahıya 23 futbolçunun adını daxil edib.

Heyətdə 2 qapıçı, 8 müdafiəçi, 6 yarımmüdafiəçi və 7 hücumçu yer alıb. Zədəli Fernando Muslera, Ahmet Çalık, Emre Taşdemir, Valentin Ozornvafor, Emre Akbaba, həmçinin yeni transferlər Kerem Aktürkoğlu və Oğulcan Çağlayan Bakıya gətirilməyəcək.

Qapıçılar: 34. Okan Kocuk, 99. Fatih Öztürk;

Müdafiəçilər: 2. Şener Özbayraklı, 3. Omar Elabdellaui, 14. Martin Linnes, 15. Rayan Donk, 19. Ömer Bayram, 27. Kristian Luyindama, 36. Marselo Saraççi, 45. Markao;

Yarımmüdafiəçilər: 4. Taylan Antalyalı, 10. Yunes Belhanda, 13. Oqenekaro Etebo, 21. Cimmi Durmaz, 54. Emre Kılınç, 89. Sofian Fequli;

Hücumçular: 8. Rayan Babel, 9. Radamel Falkao, 35. Yunus Akgün, 66. Arda Turan, 77. Jesse Sekidika, 80. Ali Yavuz Kol, 90. Mbaye Diane.

Qeyd edək ki, “Qalatasaray” sentyabrın 17-də Bakı Olimpiya Stadionunda “Neftçi”nin qonağı olacaq. Oyuna saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button