“Roma”nın futbolçusu millidə zədələndi – sabah əməliyyat olunacaq
İtaliyanın “Roma” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, paytaxt klubunun futbolçusu Nikolo Zaniolo İtaliya yığmasının Niderlandla qarşılaşdığı oyunda (1:0) zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Zaniolo sabah əməliyyat olunacaq.
21 yaşlı yarımmüdafiəçi fevral ayına qədər yaşıl meydanlardan uzaq qalacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin