“Çelsi” üçün tibbi müayinədən keçdi
“Bayer”in futbolçusu Kay Haverts karyerasını İngiltərədə davam etdirəcək.
Komanda.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Londonda tibbi müayinədən keçib. Bu barədə alman jurnalist Kristian Falk məlumat yayıb. O, Havertsin avqustun 30-da “Çelsi” üçün tibbi baxışdan keçdiyini bildirib.
Daha əvvəl “Çelsi”nin Havertsin transferiylə bağlı “Bayer”lə 80 milyon avro qarşılığında razılaşdığı iddia olunurdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin