Fransa yığmasının sabiq forvardı Türkiyə klubunda
Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi fransız hücumçu Loik Remini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı futbolçu Türkiyə təmsilçisi ilə iki illik müqavilə imzalayıb.
Fransa yığmasında da oynamış Remi son olaraq ölkəsinin “Lill” klubunun uğurları üçün çalışıb. Yığmada 31 oyuna 7 qol vurmuş təcrübəli hücumçu, karyerası ərzində “Olimpik” (Lion), “Lans”, “Nitsa”, “Olimpik” (Marsel), KPR, “Nyukasl”, “Çelsi”, “Kristal Pelas”, “Las Palmas”, “Xetafe”də də çıxış edib. O, 2018-ci ildən “Lill”in formasını geyinirdi. Remi karyerası ərzində bütövlükdə 398 oyunda 138 qol və 32 məhsuldar ötürmə müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin