“İnter” Konte ilə bağlı yekun qərarını açıqladı
İtaliyanın “İnter” klubu baş məşqçisi Antonio Konte ilə yollarını ayırmayacaq.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
51 yaşlı mütəxəssislə görüşən rəhbərlik onunla əməkdaşlığın davam etdirilməsinə qərar verib.
Daha əvvəl İtaliya mətbuatı Kontenin klub rəhbərliyi ilə arasında fikir ayrılığı yarandığı üçün istefa vermək istədiyini yazmışdı.
Qeyd edək ki, bu mövsüm A Seriyasında 2-ci yeri tutan “İnter” Avropa Liqasının finalında İspaniya “Sevilya”sına 2:3 hesabı ilə uduzaraq gümüş medallarla kifayətlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin