“Fənərbaxça”nın futbolçusu milli karyerasını başa vurdu
Türkiyənin “Fənərbaxça” klubunun şərəfini qoruyan Martin Şkrtel Slovakiya yığmasındakı karyerasını başa vurduğunu açıqlayıb.
Komanda.az xəbər verir ki, o, bu barədə qərarını sosial şəbəkə hesabında məlumat yayıb. 34 yaşlı mərkəz müdafiəçisi bir daha millinin formasını geyinməyəcəyini bəyan edib.
Qeyd edək ki, Şkrtel 2004-cü ildən formasını geyindiyi Slovakiya yığmasında 103 oyuna çıxıb, 6 qola imza atıb.
2008-2016-cı illər aralığında “Liverpul”da çıxış etmiş Martin, “Fənərbaxça”ya da məhz İngiltərə klubundan transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin