“İnter” Konteni göndərsə, onu gətirəcək
UEFA Avropa Liqasının final oyununda “Sevilya”ya 2:3 hesabı ilə məğlub olan “İnter” baş məşqçisi Antonio Konte ilə yollarını ayıra bilər.
Komanda.az xəbər verir ki, “neradzurra” 51 yaşlı mütəxəssisin gələcəyini müzakirə edəcək. Tərəflər arasında növbəti həftə görüşün keçiriləcəyi bildirilib. Artıq Kontenin ayrılacağı halda, “İnter”i çalışdırmaq üçün əsas namizəd də bəllidir. Milan klubu Konte ilə yollarını ayırsa, “Yuventus”un sabiq çalışdırıcısı Massimiliano Alleqri ilə danışıqlar masasına oturacaq.
Finalda “Sevilya”ya məğlub olan “İnter” A Seriyasını ikinci pillədə bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin