Federasiya kubokunun reqlamentində dəyişiklik – oyunların təkrarı olmayacaq
İngiltərə Federasiya kubokunda matçlar bir oyundan ibarət olacaq.
Komanda.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Federasiya kubokunda sentyabrın 1-dən start veriləcək yeni mövsümdən 90 dəqiqəsi bərabərliklə bitən oyunların təkrarı olmayacaq. Qarşılaşmalar bir oyundan ibarət olacaq və ehtiyac yaranarsa, qalibi penaltilər seriyası müəyyənləşdirəcək. Yeni mövsümün final matçı isə 2021-ci il mayın 21-də, “Uembli” stadionunda keçiriləcək.
İngiltərə Federasiya kubokunda bundan əvvəl 90 dəqiqəsi bərabərliklə bitən oyunların təkrarı keçirilirdi.
Federasiya kubokunun son qalibi “Arsenal” klubu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin