“Rəqibi detallarına kimi analiz edəcəyik” – Füzuli Məmmədov
“Neftçi” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkupi” klubu ilə qarşılaşacaq.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Füzuli Məmmədov, püşkün nəticəsi ilə bağlı fikirlərini bildirib:
“Hansı rəqibin düşməsindən asılı olmayaraq oyunun Bakıda keçirilməsini istəyirdim. Futbolçular doğma meydanda oynayanda, daha inamlı olurlar. Ümid edirəm ki, futbolçularımız mən istədiyim səviyyədə oyun göstərəcəklər. Rəqibi detallarına kimi analiz edəcəyik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin