“Barselona”dan tarixi uğur
“Barselona” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya” ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, katalonlar ardıcıl 13-cü dəfə ÇL-də bu mərhələyə vəsiqə qazanıb. Bununla da, “Barselona” yeni rekord müəyyənləşdirib. İndiyədək heç bir klub bu nəticəni göstərməyib.
Bundan başqa, klub ümumilikdə 18-ci dəfə Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin