Avropa Liqası: “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın rəqibi müəyyənləşdi
Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən və Bakı vaxtı ilə saat 15:00-da başlayan mərasimdə Azərbaycanın turnirdəki təmsilçilərinin də rəqibləri müəyyənləşib.
Turnirdəki təmsilçilərimizdən “Neftçi” “Şkupi” (Şimali Makedoniya) ilə qarşılaşacaq.
“Keşlə” isə Albaniyanın “Laçi” klubu ilə üz-üzə gələcək
Səpələnməmişlər səbətindəki “Sumqayıt” Şimali Makedoniyanın “Şkendiya” klubuna rəqib olub.
Hər 3 təmsilçimiz oyunlarını doğma meydanda keçirəcək.
1-ci təsnifat mərhələsinin oyunları avqustun 27-də keçiriləcək.
UEFA Avropa Liqası, 2020/21 mövsümü, 1-ci təsnifat mərhələsi
Neftçi (Azərbaycan) – Şkupi (Şimali Makedoniya)
Keşlə (Azərbaycan) – Laçi (Albaniya)
Sumqayıt (Azərbaycan) – Şkendiya (Şimali Makedoniya)
Bizi Facebook-da izləyin