Mövsümün ən yaxşısı adına 7 namizəd
İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.
Mövsümün ən yaxşı futbolçusu adına çempion “Liverpul”dan üç namizəd var. Bunlar Trent Aleksander-Arnold, Cordan Henderson və Sadio Manedir.
Digər namizədlər isə “Bernli”nin qapıçısı Nik Poup, “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Breyne, “Sauthempton”un hücumçusu Denni İnqs və “Lester Siti”nin forvardı Ceymi Vardidir.
Qalib Premyer Liqanın rəsmi saytındakı səsvermə nəticəsində müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin