Sançes “İnter”ə keçmək üçün icazə istədi
“İnter”in icarə əsasında “Mançester Yunayted”dən heyətinə qatdığı Aleksis Sançesi komandada saxlamaq istədiyini xəbər vermişdik.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, İtaliya klubu 31 yaşlı futbolçunun icarə müqaviləsinin müddətini uzatmaq istəyir. Məlumata görə, Sançes də “neradzurra”da qalmaq istəyir. O, “Mançester Yunayted” rəhbərliyindən “İnter”ə transferinə icazə verilməsini istəyib.
Daha əvvəl “qırmızı şeytanlar” “İnter”in icarə təklifindən imtina etmişdi.
Keçən ilin yayından Milan klubunun formasını geyinən Sançesin icarə müqaviləsi avqustda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin