Rəsmi: Kuman milli komandada
Hollandiyalı məşqçi Ervin Kuman Oman milli komandasının “sükanı arxasına” gətirilib.
Komanda.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. 57 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.
Kumanın son iş yeri Türkiyənin “Fənərbaxça” klubu olub.
Oman millisində bir müddət əvvəl holland mütəxəssis Pim Verbeek baş məşqçi postundan göndərilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin