“Çelsi” Oblakın meneceriylə danışıqlara başladı
İngiltərənin “Çelsi” klubu heyətini yeni futbolçuyla gücləndirmək niyyətindədir.
Komanda.az xəbər verir ki, “zadəganlar” “Atletiko”dan Yan Oblakı transfer etmək istəyir. Bu barədə italiyalı jurnalist Nikola Skira “tvitter” hesabında məlumat yayıb. Skira “Çelsi”nin Oblakın meneceriylə danışıqlara başladığını da bildirib.
“Atletiko” ilə 2023-cü ilə qədər müqaviləsi olan 27 yaşlı qapıçının transfer dəyəri 80 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin