“Mançester Siti”dən tarixi göstərici
“Mançester Siti” İngiltərə Premyer Liqasının sonuncu – 38-ci turunda “Norviç”i 5:0 hesabı ilə məğlub edib.
Komanda.az xəbər verir ki, bununla da, “şəhərlilər” cari mövsümdə çempionatda vurduğu qolların sayını 102-yə çatdırıb. Komanda bu göstərici ilə yeni rekord müəyyənləşdirib. Belə ki, “Mançester Siti” Premyer Liqa tarixində üçüncü dəfə bir mövsümdə 100 qol həddini keçən ilk komanda olub. Komanda daha əvvəl 2017/18-ci il mövsümündə çempionatı 106, 2013/14-cü il mövsümündə isə 102 qolla bitirmişdi.
“Mançester Siti” son mövsümdə Premyer Liqanı 2-ci pillədə bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin