“Çelsi” bir ildə iki alman futbolçunu transfer etməklə uğurlu iş gördü”
“Bavariya”nın futbolçusu Leroy Sane “Bayer”in üzvü Kay Havertslə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, Sane, adı “Çelsi” ilə yanaşı çəkilən alman futbolçunun London klubuna keçəcəyini təsdiqləyib:
“Məncə, Almaniyanın hər zaman çox yaxşı gənc futbolçuları olub. Bir çox futbolçu fürsət qazandı və Bundesliqada inkişaf etdi. “Çelsi” bir ildə iki alman futbolçunu – Timo Verner və Kay Havertsi transfer etməklə uğurlu iş gördü. Almaniya gənc futbolçuların inkişafı üçün çox yaxşı işlər görür və bütün dünya da bunu bilir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin