Sabiq “Çelsi”liyə İsveçrə klubunda iş verildi
“Çelsi” və Fransa millisinin sabiq futbolçusu Floran Maludanın yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, Maluda İsveçrənin “Sürix” klubunda məşqçi kimi fəaliyyət göstərəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Maluda “Sürix”in əsas komandasında və akademiyasında hücumçü məşqçisi vəzifəsini yerinə yetirəcək.
Karyerası ərzində “Genqam”, “Lion”, “Çelsi”, “Trabzonspor” kimi komandalarda çıxış edən Maluda, son olaraq, Lüksemburqun “Differdanj” klubunun şərəfini qoruyub. Sabiq yarımmüdafiəçi 2018-ci ildə karyerasını bitirib.
Maluda 80 dəfə də Fransa millisinin uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin