MS “Şalke”yə qalib gəldi, “Yuventus” “Atletiko”ya məğlub oldu

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, birinci günün maraqla gözlənilən oyunu İngiltərədə olub. “Liverpul” öz meydanında “Bavariya” ilə qarşılaşıb. Hər iki tərəf meydana itkilərlə çıxıb. “Liverpul”da Vircil van Dayk, Aleks Oksleyd Çemberleyn və Co Qomes, “Bavariya”da isə Tomas Müller və Jerom Boatenq bu matçda komandasına kömək edə bilməyib. Qarşılaşma isə qolsuz başa çatıb.

Digər oyun isə Fransada keçirilib. “Barselona” səfərdə “Lion”un qonağı olub. Kataloniya təmsilçisində Yasper Sillesen, Tomas Vermalen və Artur Melo zədə səbəbindən bu görüşdə iştirak etməyib. “Lion”da isə Nabil Fekir cəzalı olduğu üçün “Barsa” ilə qarşılaşmada komandasına kömək edə bilməyib. Digər qarşılaşma kimi, bu oyun da qolsuz bitib.

Bu komandalar arasındakı cavab görüşləri martın 13-də olacaq.

Bu gün iki qarşılaşma ilə 1/8 final mərhələsinin ilk oyunları yekunlaşıb.

“Atletiko” öz meydanında “Yuventus”u qəbul edib. Madrid klubu çətin rəqiblə ev oyununda inamlı qələbəyə sevinib.

Günün digər qarşılaşmasında isə “Mançester Siti” Almaniya səfərinə yollanıb. “Şəhərlilər” “Şalke” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu matçda İngiltərə təmsilçisi çətinliklə də olsa, qələbə qazanıb.

Çempionlar Liqası, 1/8 final mərhələsi, ilk oyunlar

20 fevral

Atletiko (Madrid, İspaniya) – Yuventus (İtaliya) 2:0
Qol: X.Ximenes, 78. Qodin, 83.
Baş hakim:
Feliks Zvayer (Almaniya)
Madrid. “Vanda Metropolitano” stadionu

Şalke (Almaniya) – Mançester Siti (İngiltərə) 2:3
Qol:
Bentaleb, 38-pen; 45-pen. – Aquero, 18. 85. Sterlinq, 90.
Baş hakim: Karlos del Serro (İspaniya)
Helzerkirhen. “Arena AufŞalke” stadionu

19 fevral

Liverpul (İngiltərə) – Bavariya (Almaniya) 0:0
Baş hakim: Canluka Rokki (İtaliya)
Liverpul. “Enfild Roud” stadionu

Lion (Fransa) – Barselona (İspaniya) 0:0
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Lion. “Olimpik Lion” stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button