Ölkə çempionunun 5 futbolçusu koronavirusa yoluxdu
Serbiyanın “Srvena Zvezda” klubunun beş futbolçusu koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Açıqlamada, Marko Qobeliç, Neqos Petroviç, Duşan Yovanoviç, Marko Konatar və Branko Yoviçiçin koronavirus testinin müsbət çıxdığı bildirilib.
Koronavirusa yoluxan futbolçuların sağlıq vəziyyəti normaldır və onlarda xəstəliyin simptomları yoxdur.
“Srvena Zvezda” Serbiya çempionatında 2019/20 mövsümünün qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin