Qattuzo: “Futbolu o qədər çox sevirəm ki…”

“Napoli”nin baş məşqçisi Cennaro Qattuzo İtaliya kubokunun finalında “Yuventus”u məğlub etdikləri matçdan (0:0, penaltilər 4:2) sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, məşqçi karyerasında ilk titulunu qazanan italiyalı mütəxəssis, bunları deyib:

“Həyat və futbol mənə hər zaman daha çox şey verib. Futbolu o qədər çox sevirəm ki, bir saniyə belə bunu unutmaram.

Futbolda işləyənlər bu oyuna hörmətlə yanaşmalıdır, çünki çox şanslıyıq. Buna görə də, insanların o hisslərini, həyəcanlarını görməyəndə çox əsəbiləşirəm. Futbolçu karyeramda peşmançılıq yaşamamışam. Futbolçularımın da belə olmasını istəyirəm.

A Seriyasında qalan 12 oyunumuzda elə etməliyik ki, Çempionlar Liqasına vəsiqə qazana bilək. Çətin görünür, ancaq mümkünsüz deyil. Əlimizdən gələnin ən yaxşısını etməliyik”.

“Napoli” A Seriyasında 6-cı pillədədir. Koronavirus pandemiyasına görə martdan dayandırılan çempionat iyunun 20-də bərpa olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button