Premyer Liqanın yeni təqvimi: İyulun 2-dək…

Koronavirus səbəbiylə dayandırılan İngiltərə Premyer Liqasının yeni təqviminin bir qismi məlum olub.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, çempionat iyunun 17-də “Aston Villa” – “Şeffild Yunayted” oyunu ilə bərpa olunacaq. Ardınca “Mançester Siti” – “Arsenal” matçı start götürəcək. Mersisayd derbisi olan “Everton” – “Liverpul” oyunu isə iyunun 21-də baş tutacaq.

İyulun 2-dək məlum olan təqvimə görə, sözügedən tarixədək hər gün oyun keçiriləcək.

Premyer Liqada turnir cədvəlinə 82 xalla “Liverpul” başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button