Fransa klubundan milli üzvünə 4 illik müqavilə

Fransanın “Olimpik” (Lion) klubu İspaniyanın “Vilyarreal” klubundan icarəyə götürdüyü kamerunlu hücumçu Karl Toko Ekambinin transfer hüquqlarını da alıb.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 27 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalandığı bildirilir. Fransa klubu bu transferə görə qarşı tərəfə 11.5 milyon avro ödəyib. Üstəlik, futbolçunun növbəti satışı zamanı Lion klubu “Vilyarreal”a 15 faiz pay da verməlidi.

Bu ilin yanvarında “Olimpik”ə icarəyə verilən Ekambi, meydana çıxdığı 8 oyunda 2 qola imza atıb. O, Kamerun yığmasında da 30 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button