“Real” ev oyunlarını 6 minlik stadionda keçirəcək FOTO

İspaniyanın “Real” klubu La Liqada mövsümün qalan ev oyunlarını “Santyaqo Bernabeu”da keçirməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə klubun prezidenti Florentino Peres “goal.com”a açıqlamasında deyib. O, yenidənqurma işləriylə əlaqədər ev oyunlarını “Santyaqo Bernabeu”da deyil, “Alfredo Di Stefano” stadionunda keçirəcəklərini bildirib.

“Kral klubu”nun B komandası olan “Kastilya” da ev oyunlarını bu stadionda keçirir. “Alfredo Di Stefano” stadionunun tutumu 6 min nəfərlikdir.

Koronavirusa görə dayandırılan La Liqa iyunun 11-də bərpa olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button