“Beynimin bir tərəfi futbola qayıtmağımızı istəyir”
Londonun meri Sadiq Xan koronavirus səbəbiylə dayandırılan Premyer Liqanın bərpası ilə bağlı danışıb.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, mer, Premyer Liqanın bərpasının təhlükəli olduğunu bildirib:
“Virusun yayılmasına səbəb ola biləcək hərəkətlərə görə narahatıq. Etiraf edim ki, Cənubi Londondan olsam da, “Liverpul”u dəstəkləyirəm. Buna görə də, beynimin bir tərəfi futbola qayıtmağımızı istəyir. Digər tərəfdən, beynimin böyük bir hissəsi təhlükəsizliyin daha vacib olduğunu deyir. İdmansevərlər TV vasitəsiylə belə futboldan həzz ala bilər, amma virusun yayılmasına fürsət verməyəcəyimizdən əmin olmalıyıq. Bilirəm ki, azarkeşlər stadionlara girişə icazə verilməsə belə, komandalarına dəstək olmaq üçün arenaların ətrafına toplaşacaqlar. Bu məsələ ilə bağlı diqqətli olmalıyıq”.
Premyer Liqa iyunun 17-də bərpa olunacaq.
Bizi Facebook-da izləyin