Sarri ilə Ronaldo arasında fikir ayrılığı
“Yuventus”un hücumçusu Kriştiano Ronaldo Federiko Kyezanı komandada görmək istəyir.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Ronaldonun “Fiorentina”nın yarımmüdafiəçisini “qoca sinyora”da görmək istədiyi və bununla bağlı klub rəhbərliyi ilə danışdığı bildirilir. Lakin komandanın baş məşqçisi Mauritsio Sarri Kyezanın transferinə qarşıdır və pulun digər transferlərə xərclənməsini istəyir.
“Fiorentina” 22 yaşlı futbolçunun transferindən 60 milyon avro qazanmağı hədəfləyir.
Kyezanın “Fiorentina” ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin