“Ümid edirəm ki, yenidən futbol oynaya bilərik” – Tuxel

Fransanın PSJ klubunun baş məşqçisi Tomas Tuxel koronavirusa görə Liqa 1-də mövsümün erkən yekunlaşdırılması qərarıyla razıdır.

Komanda.az xəbər verir ki, bu barədə alman mütəxəssis özü açıqlama verib. Tuxel, Çempionlar Liqasının da bərpa olunmasını istədiyini deyib:

“Fransa və Almaniyanın koronavirus statistikası fərqlidir. Alınan qərarı qəbul etməliyik. Bəlkə, Çempionlar Liqası üçün avqustda oynaya bilərik. Bu mümkün olacaqsa, hazırlaşmaq üçün 4 həftəyə ehtiyacımız var. Ümid edirəm ki, yenidən futbol oynaya bilərik. Çünki Çempionlar Liqasında 1/4 finala yüksəlmişik”.

Fransa Liqa 1-də mövsüm koronavirusa görə yekunlaşdırılıb və PSJ çempion elan edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button