Rusiya klubu İsayevlə maraqlanır

“Sumqayıt”ın yarımmüdafiəçisi Aleksey İsayev karyerasını Rusiyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, onunla Premyer Liqada mübarizə aparan “Ural” klubu yaxından maraqlanır. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, hazırda tərəflər arasında danışıqlar davam etdirilir. Rusiya əsilli olsa da, artıq Azərbaycan pasportuna da sahib olan İsayevin yayda öz ölkəsinə qayıtmaq ehtimalı yüksəkdi.

Qeyd edək ki, 24 yaşlı futbolçu “Yenisey” klubunun yetirməsidi. O, 2016-cı ildə “Zenit”ə keçib. Sankt-Peterburq təmsilçisinin əvəzedici komandasında 24 oyuna çıxan yarımmüdafiəçi “Sumqayıt”a 2018-ci ildə gəlib. Bu mövsüm “Sumqayıt”da 11 oyuna çıxan futbolçu 987 dəqiqə meydanda olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button