UEFA-nın avrokuboklarla bağlı yeni planı
UEFA avrokubokların – Çempionlar Liqası və Avropa Liqasının yarımfinal və final matçlarını İstanbulda keçirməyi planlaşdırır.
Komanda.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb. Xəbərdə, UEFA-nın bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) müraciət etdiyi bildirilib.
UEFA TFF-yə “avqustda yarımfinal və final matçlarını qəbul edə bilərsizmi?” deyə, müraciət edib. TFF isə “sıxıntı olmaz, təşkil edərik” deyə, cavab verib.
UEFA, Çempionlar Liqası və Avropa Liqasının avqustda bitirilməsi üçün bir neçə variantı nəzərdən keçirir. Bunlardan biri də, finalların İstanbulda təşkil olunmasıdır.
UEFA, avrokubokların yarımfinal və final matçlarıyla bağlı son qərarı mayın 27-də verəcək.
Daha əvvəl Çempionlar Liqasının finalının İstanbulda, Avropa Liqasının finalının isə Polşanın Qdansk şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.
Bizi Facebook-da izləyin