Super Liqada daha üç klub məşqləri bərpa etdi

Bu gün Türkiyə Super Liqasında mübarizə aparan daha üç klub məşqləri bərpa edib.

Komanda.az xəbər verir ki, koronavirus pandemiyasına görə hazırlığa məcburi fasilə verən “Alanyaspor”, “Konyaspor” və “Trabzonspor” da bu gündən etibarən məşqlərə başlayıblar.

Hələlik futbolçular sosial məsafəni qorumaqla, xüsusi qruplar halında hazırlıq keçirlər.

Qeyd edək ki, bu gün “Fənərbaxça” da məşqlərə başladığını açıqlamışdı. Daha öncə isə “Beşiktaş”, “Göztəpə” və “Kasımpaşa” məşqləri bərpa etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button