“Sona qədər mübarizə apara bilmədik” – Liqa 1 klubundan etiraz
Fransanın “Amyen” klubu Liqa 1-də mövsümün erkən yekunlaşdırılması qərarından razı deyil.
Komanda.az xəbər verir ki, bu barədə “Amyen”in prezidenti Bernar Joannen “Reuters” agentliyinə açıqlamasında deyib. O, mövsüm erkən yekunlaşdırıldığı üçün 2-ci liqaya düşmələrinin ədalətsizlik olduğunu bildirib:
“Bu, ədalətsizlikdir. Çünki “Amyen” olaraq elitada qalmaq üçün sona qədər mübarizə apara bilmədik. Hüquqlarımızı qorumaq üçün bütün klublarla mübarizə aparacam. Fransa Peşəkar Futbol Liqasının protokollarını gözləyirəm. Bu qərarın düzgün olmadığını düşünürəm”.
Liqa 1-də mövsümün yekunlaşdırılmasıyla PSJ çempion elan edilib, turnir cədvəlinin son 2 pilləsində yer alan “Tuluza” və “Amyen” isə elitayla vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin