“Bavariya”nın zədəli futbolçusu sıraya döndü

Almaniyanın “Bavariya” klubunun futbolçusu İvan Perişiç zədəsini sağaldıb.

Komanda.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi artıq məşqlərə başlayıb.

O, komanda ilə kiçik qrup şəklində məşqlərdə iştirak edib.

Qeyd edək ki, Perişiç ayağındakı sınıq səbəbindən 3 ay idi yaşıl meydanlardan uzaq qalmışdı. Müqavilə ilə Milan “İnter”inə məxsus olan futbolçu “Bavariya”da icarə əsasında çıxış edir. Münhen klubunun oyunçunu birdəfəlik transfer etmək istədiyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button