“Yuventus” onunla yollarını ayırır

İtaliyanın “Yuventus” klubu futbolçusu Qonsalo İquaynla müqaviləni ləğv edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Qoca sinyora” koronavirus səbəbiylə İtaliyadan kənarda olan futbolçularını geri çağırıb. Klubun argentinalı futbolçunun müqaviləsini ləğv edəcəyi üçün onun geri qayıtmayacağı bildirilir.

Daha əvvəl, karantin qaydalarını pozduğu üçün İquaynın klub tərəfindən cəzalandırılacağı deyilirdi.

32 yaşlı futbolçunun klubla müqaviləsi 2021-ci ilin iyununda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button