“Mövsümü tamamlamaq bizim üçün həqiqətən çox vacibdir” – PSJ-nin rəhbəri
Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xələfi koronavirus pandemiyasının təsiri ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, “RMC Sport”a danışan klub rəhbəri, məvaciblərin azaldılması ilə bağlı bunları deyib:
“Koronavirus pandemiyası səbəbiylə futbolda maddi itkilərimiz oldu və davam edir. Futbolçular və məşqçilər heyəti ilə məvaciblərin azaldılması ilə bağlı müzakirələrə başlamışıq. Onların klub üçün belə bir səy göstərmələrini gözləyirəm. Onlar məsuliyyətlərini bilirlər.
Liqaların gələcəyi ilə bağlı çox danışılır. Hər kəsin bir fikri var və bu, normaldır. Mövsümü tamamlamaq bizim üçün həqiqətən çox vacibdir. Fransa futbolunun gələcəyi üçün hamımız birləşməli və eqoist davranışlardan qaçmalıyıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin