“İnter”in futbolçusundan nümunəvi addım
Belçika millisinin və “İnter” klubunun futbolçusu Raca Naynqqolan koronavirusla mübarizə çərçivəsində yardıma ehtiyacı olan insanlara kömək edib.
Komanda.az xəbər verir ki, bu barədə “Football İtalia” məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi İtaliyada karantin rejiminin tətbiqi ilə işsiz qalan və köməyə ehtiyacı olan insanlara yardımlar təşkil edir, onların çatdırılmasında iştirak edir. Naynqqolan ehtiyacı olanlara ərzaq, tibbi maska və əlcək paylayır.
Müqavilə ilə “İnter”ə məxsus olan Naynqqolan icarə əsasında “Kalyari”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin