“Lion” 300 min, “Şaxtyor”un sahibi 10 milyon avro ayırdı – Koronavirusla mübarizəyə

Dünyanın aparıcı futbol klubları koronavirusla mübarizə üçün öz dəstəklərini nümayiş etdirməyə davam edirlər.

Komanda.az xəbər verir ki, belələrinin sırasına Fransanın “Lion” klubu da qoşulub.

Liqa 1 təmsilçisi Fransada sürətlə yayılan koronavirus pandemiyasına qarşı mübarizə üçün 300 min avro ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, 200 min avro ölkənin təcili ehtiyaclarına, 100 min avro isə koronavirusla mübarizə üzrə kliniki tədqiqatların təminatına yönəldiləcək.

Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun prezidenti Rinat Axmetov da mövcud vəziyyətə biganə qalmayıb. O, bunun üçün 300 milyon qriven (təxminən 10,1 milyon avro) ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Şaxtyor”un sahibi həm də Ukraynaya koronavirus testlərinin və müxtəlif avadanlıqların alınıb gətirilməsinə dəstək göstərəcəyini bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button