“Keşlə” də məşqlərə fasilə verdi
Azərbaycan Premyer Liqasında mübarizə aparan daha bir komanda məşqləri dayandırıb.
Komanda.az xəbər verir ki, söhbət “Keşlə”dən gedir.
Klubun rəsmi saytının yaydığı məlumata görə, koronavirus (COVID-19) virusunun dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ gərargahın verdiyi qərarla əlaqədar, “Keşlə”nin əsas, əvəzedici və akademiya komandalarının məşqlərinə müvəqqəti fasilə verilib.
Daha öncə “Neftçi”, “Sumqayıt”, “Sabah”, “Qəbələ” və “Səbail” də koronavirus pandemiyasına görə bütün məşqləri müvəqqəti dayandırdıqlarını açıqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin