Sulşer PSJ məğlubiyyətindən danışdı: Parisə gedəcəyik və…

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda PSJ-ə məğlub olduqları matçdan sonra fikirlərini bildirib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis, 0:2 hesabıyla bitən matçı belə şərh edib:

“PSJ ilk qoldan sonra oyunu idarə etməyə başladı. Bir müddətdir ki, bu səviyyədə futbol oynamadığımızı gördük və bunun üzərində işləməliyik.

Dağlar fəth edilmək üçün yaradılmışdır. Orda uzanıb, qərarımdan geri döndüm deyə bilməzsiz. Parisə gedəcəyik və öz futbolumuzu oynayacağıq. Bilirəm ki, bu matçdan daha yaxşı oyun sərgiləyəcəyik.

Məğlubiyyətin səbəbini zədəli futbolçularla əlaqələndirməyəcəm. Cessi Linqard və Antoni Marsial vacib futbolçulardır. Ümid edirəm ki, zədələri ciddi olmaz”.

PSJ ilə “Mançester Yunayted” arasındakı cavab matçı martın 6-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button