“Mançester Yunayted” yeddi il sonra

İngiltərənin “Mançester Yunayted” klubu 2013-cü ildən sonra ilk dəfə avrokuboklarda 5 və daha çox qol fərqi ilə qələbə qazanıb.

Komanda.az xəbər verr ki, “qırmızı şeytanlar” buna Belçika “Brügge”sini 5:0 (ilk oyun 1:1) hesabı ilə məğlub etdikləri Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyununda nail olublar.

İngiltərə təmsilçisi son olaraq 2013-cü ildə Çempionlar Liqasının qrup mərhələsində Almaniya “Bayer”ini (Leverkuzen) eyni hesabla üstələyib.

Qeyd edək ki, “Mançester Yunayted” Avropa Liqasında 1/8 finalında Avstriya LASK-ı ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button