“Qırmızı” aldı, İbrahimoviçə şərik oldu
“Real” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında “Mançester Siti”yə məğlub olub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 1:2 hesabıyla bitən görüş, Madrid təmsilçisinin kapitanı Serxio Ramos üçün antirekordla yadda qalıb. Belə ki, müdafiəçi qarşılaşmanın 86-cı dəqiqəsində qırmızı vərəqə alaraq, meydandan qovulub. Bununla da, Ramos, karyerası ərzində 4-cü dəfə Çempionlar Liqasında qırmızı vərəqəylə cəzalanıb.
Ramos, Çempionlar Liqası tarixində ən çox qırmızı vərəqə alan futbolçu kimi Edqar Davids və Zlatan İbrahimoviçin antirekorduna şərik çıxıb. İspaniyalı müdafiəçinin digərlərindən “üstünlüy”ü isə 4 qırmızı vərəqədən 3-nü birbaşa almasıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin