La Liqa klubu yeni hücumçu aldı
İspaniyanın “Qranada” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Malaqa”nın hücumçusu Antonini transfer edib.
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı forvard yeni klubu ilə 2024-cü ilin yayına kimi müqavilə imzalayıb.
Qeyd edək ki, bu transferin baş tutmasına “Qranada”nın aparıcı futbolçularından biri Neyder Losanonu itirməsi şərait yaradıb. 25 yaşlı müdafiəçi mövsümü vaxtından əvvəl başa vurmalı olub. Bu üzdən də “Qranada” mövsümün gedişində heyətinə yeni futbolçu qatmaq üçün xüsusi imkan əldə edib. Hansı ki, bir neçə gün öncə “Barselona” da məhz Luis Suaresin zədələnməsi ilə əlaqədar Martin Breytveyti transfer etmək şansından yararlanmışdı.
“Malaqa” öz yetirməsi olan Antonini “Qranada”ya 1,5 milyon avroya satıb. İspaniyalı hücumçu bu mövsüm sözügedən komandanın heyətində 22 oyuna çıxıb, 4 qola imza atıb.
Bizi Facebook-da izləyin