“Düdelanj”ın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
UEFA Avropa Liqasının A qrupunda “Qarabağ”la birlikdə mübarizə aparan Lüksemburqun “Düdelanj” klubunun baş məşqçisi Bertran Krasson açıqlama verib.
Komanda.az xəbər verir ki, “Lequotidien” nəşrinə danışan mütəxəssis, “Qarabağ”a öz meydanında 1:4 hesabı ilə məğlub olduğu oyunu xatırlayıb:
“Qrup mərhələsinin ilk turunda APOEL-ə 4:3 hesabı ilə qalib gəldik. Nikosiyadakı qələbəmizdən sonra hər kəs öz meydanımızda “Qarabağ”ı məğlub edəcəyimizi normal qarşılayırdı. Hamı “Qarabağ”a məğlubiyyətimizdən məyus olmuşdu”.
“Qarabağ” A qrupunu 5 xalla 3-cü pillədə bitirmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin