“Onlara “yox” demərik” – Jorjinyonun meneceri
“Çelsi”nin yarımmüdafiəçisi Jorjinyo yayda komandanı tərk edə bilər.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Yuventus” italiyalı futbolçunun xidmətində maraqlıdır. Futbolçunun meneceri Joao Santos Jorjinyonun gələcəyi ilə bağlı bunları deyib:
“Yay transfer dövründə hər şey ola bilər. İtaliya, Fransa və İngiltərədən gələn müxtəlif təklifləri dəyərləndirməyə hazırıq. Jorjinyonun “Yuventus”a keçidi niyə mümkün olmasın? Bu klub son illərdə İtaliyada ən çox uğur qazanan komandadır. Onlara “yox” demərik”.
2018-ci ilin yayından “Çelsi”nin şərəfini qoruyan 28 yaşlı futbolçunun klubla müqaviləsi 2023-cü ilin iyulunadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin