“Dinamo” Ramil Şeydayevə görə CAS-a müraciət edəcək
Rusiyanın “Dinamo” klubunun Ramil Şeydayevə görə yeni futbolçularını qeydiyyatdan keçirməsinə qadağa qoyulduğunu xəbər vermişdik.
Komanda.az xəbər verir ki, buna paytaxt klubunun Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə müqaviləyə xitam verərkən pozuntuların olması səbəb göstərilmişdi. “Dinamo” klubu Rusiya Futbol İttifaqının bu qərarı ilə razılaşmır və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etməyə hazırlaşır. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Dinamo” verilən qadağanın əsaslandırılmasını gözləyir, əks halda, Moskva klubu CAS-a müraciət edəcək.
Şeydayev “Dinamo”ya 2019-cu ilin yayında “Krılya Sovetov”dan azad agent qismində keçib. 2020-ci ilin yanvarında isə Moskva klubu 24 yaşlı hücumçu ilə müqaviləni pozduğunu açıqlayıb. Onun bu qış yenidən “Krılya Sovetov”a qayıdacağı bildirilsə də, forvardın hələ də yeni klubu müəyyənləşməyib.
Bizi Facebook-da izləyin