“Sivasspor” “Antalyaspor”la ilk oyunda heç-heçəyə razılaşdı

Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Trabzonspor” doğma meydanda “Ərzurumspor”la qarşılaşıb. Meydan sahibləri bu görüşdə 5 cavabsız qola seviniblər.

İkinci oyun günündə səfərdə “Kırklarılesipor”la qarşılaşan “Fənərbaxça” darmadağına sevinib. “Alanyaspor”un qonağı olan “Qalatasaray” isə ilk oyunda 2 cavabsız qolla məğlub olub.

Sonuncu oyun günündə “Sivasspor” səfərdə qarşılaşdığı “Antalyaspor”la ilk oyundan heç-heçə ilə ayrılıb.

Cavab qarşılaşmaları fevralın 11-13-ü aralığında keçiriləcək.

Türkiyə kuboku, 1/4 finalın ilk oyunları

4 fevral

Trabzonspor – Ərzurumspor 5:0
Qol
: Sorlot, 16; 66. Y.Acer, 26-öz qapısına. Nvakaeme, 43. M.Acil, 60-öz qapısına.

5 fevral

Kırklarılesipor – Fənərbaxça 0:3
Qol
: M.Erdinc, 43. M.Ekici, 52. İ.Surqulu, 57-öz qapısına.

Alanyaspor – Qalatasaray 2:0
Qol
: Bakasetas, 20. J.Fernandes, 55.

6 fevral

Antalyaspor – Sivasspor 0:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button